Operativ Məlumat Mərkəzi

Avqustda sərhəddə 4.5 milyon manatlıq qaçaqmal tutulub

1 dəq
Paylaş:
Avqustda sərhəddə 4.5 milyon manatlıq qaçaqmal tutulub

Avqust ayında narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 314 238 qram narkоtik vasitə, 7248 ədəd tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mərkəzinin məlumatında deyilir.

Qeyd olunub ki, ayrı-ayrı istiqamətlər üzrə dövlət sərhədinə yaxın ərazilərdən 1 ton 200 kiloqram yabanı çətənə kolu aşkar yandırılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 570 min 688 manat оlan , о cümlədən ABŞ valyutası, ABŞ istehsalı tapança və darağı, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax