Əsas məzmuna keç

Audiovizual Şura daha bir televiziyaya xəbərdarlıq etdi

Audiovizual Şura daha bir televiziyaya xəbərdarlıq etdi

Oktyabrın 9-da Audiovizual Şuranın onlayn formatda iclası keçirilib. İclasda Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəmadi...

Oktyabrın 9-da Şuranın onlayn formatda iclası keçirilib. İclasda Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəmadi həyata keçirdiyi nəticəsində “Space TV”nin efirində qanun pozuntusu faktı müzakirə olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, “Space TV”nin efirində oktyabrın 4-də “Yaxşıya doğru” proqramının yayımı zamanı (saat 12:19-da) proqramın aparıcısı hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə “... cinayətkardır...” ifadəsini işlədib ki, bununla da, "Media haqqında" qanunun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulub.

Audiovizual Şura müzakirələrdən sonra “Space Müstəqil Televiziya və Radio ” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…