Operativ Məlumat Mərkəzi

Atmosferi ən çox avtomobillər çirkləndirir - STATİSTİKA

2 dəq
Paylaş:
Atmosferi ən çox avtomobillər çirkləndirir - STATİSTİKA

2022-ci ildə Azərbaycanda mənbələrdən və avtomobillərdən atmosfer havasına çirkləndirici maddələrin həcmi 2021-ci illə müqayisədə 50,4 min ton çoxalaraq ümumilikdə 930,6 min ton edib ki, onun da 83,0 və ya 772,2­­­ min tonu avtomobillərdən tullantıların payına düşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-əDövlət Statistika Komitəsindən məlumat verilib.

Avtomobillərdən atılmış zərərli maddələrin həcmi 6,7 faiz, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 1,1 faiz artıb. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 3,9 min ton, Mingəçevir şəhərində 1,9 min ton azalmış, Sumqayıt şəhərində isə 1,7 min ton artıb.

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 67,0 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilmişdir. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənayə müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 108,7 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.

Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 59,5 faizini karbon oksidi, 25,0 faizini karbohidrogenlər, 12,0 faizini azot oksidi, 0,1 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax