Əsas məzmuna keç

''ABŞ həmkarları Ukrayna böhranının kökləri barədə Rusiyanı eşitməyə başladılar'' - Lavrov

''ABŞ həmkarları Ukrayna böhranının kökləri barədə Rusiyanı eşitməyə başladılar'' - Lavrov

Lavrov bu barədə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) çıxışı zamanı deyib. O, qeyd edib ki, Tramp administrasiyası fərqli olaraq...

Rusiyanın naziri Sergey bildirib ki, ABŞ prezidenti Tramp və onun administrasiyası böhranının bütün tərəflərin qanuni milli maraqları nəzərə alınmaqla həll olunmalı olduğunu başa düşür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Lavrov bu barədə Moskva Dövlət Münasibətlər İnstitutunda (MDBMİ) çıxışı zamanı deyib.

O, qeyd edib ki, Tramp administrasiyası fərqli olaraq “təkcə dinləməyə yox, həm də eşitməyə hazırdır”.

Lavrov deyib ki, ABŞ artıq Ukraynanın NATO-ya daxil olması məsələsinin bağlanmalı olduğunu anlayır, həmçinin rus dilinin, mədəniyyətinin və Ukrayna Pravoslav Kilsəsinin təqibinə qarşı da mövqe sərgiləməyə başlayıb.

Nazir əlavə edib ki, Qərbin Ukraynaya milyardlarla dollar sərmayə yatırması, onu tam itaətkar və NATO yönlü bir rejimə çevirmək cəhdi böhranın əsas səbəblərindəndir.

Lavrov, Ukraynada rus dilinə qoyulan qadağaların dünyada analoqu olmadığını vurğulayıb və bu yanaşmanın Avropa dəyərləri ilə ziddiyyət təşkil etdiyini bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…