Operativ Məlumat Mərkəzi

AAYDA Xocavənddə baş verən partlayışla bağlı məlumat yayıb

1 dəq
Paylaş:
AAYDA Xocavənddə baş verən partlayışla bağlı məlumat yayıb

Bu gün saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu olublar.

Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı müvafiq araşdırma aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həlak olanları həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir. Allah rəhmət eləsin!

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax