Əsas məzmuna keç

“28 May” stansiyasının və Dəmiryol vağzalının qarşısında təmir-yenidənqurma işləri başlayıb

“28 May” stansiyasının və Dəmiryol vağzalının qarşısında təmir-yenidənqurma işləri başlayıb

bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və...

Bakıda ümumi sahəsi 3,5 olan ərazidə metronun “28 May” stansiyasının və Bakı Vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin məlumat yayıb.

Bildirilib ki, xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaq.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…