Paytaxtın Ziya Bünyadov və Heydər Əliyev prospektində yük avtomobillərinin iştirakı ilə iki qəza baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində deyilir.
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol-nəqliyyat hadisələrinin baş verməməsi, tıxac və sıxlıqların yaranmaması üçün bir daha müraciət edir: İlk növbədə şəxsi avtomobildən istifadə etməməyə çalışın, əgər yola çıxmısınızsa, zəruri ara məsafəsi saxlayın, ötmə əməliyyatları və manevrlərdən çəkinin, sürət həddinə ciddi riayət edin", NİİM-dən bildirilib.