Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabah hava yağmursuz keçəcək

2 dəq
Paylaş:
Sabah hava yağmursuz keçəcək

Mayın 3-də Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, arabir güclənən şimal-qərb gündüz mülayim şimal-şərq ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 65-75 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax