Operativ Məlumat Mərkəzi

Xocavənddə ermənilərdən qalmış silah-sursat aşkarlanıb

1 dəq
Paylaş:
Xocavənddə ermənilərdən qalmış silah-sursat aşkarlanıb
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı tərk edilmiş mövqelərdən erməni hərbi qüvvələrinə məxsus...

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı tərk edilmiş mövqelərdən erməni hərbi qüvvələrinə məxsus silah-sursat aşkar edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları 3 avtomat, 1 qumbaraatan, 1 tapança, 882 ədəd müxtəlif çaplı patronlar və digər sursatları götürərək aidiyyəti üzrə təhvil veriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər