Xocalı şəhərinin içməli su təchizatı yaxşılaşdırılır

Xocalı şəhərinin içməli su təchizatı yaxşılaşdırılır
20.02.2024 14:46
Aa
dəq

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Xocalı şəhərinin içməli su təchizatı yaxşılaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən işğaldan azad olunmuş ərazilərdə içməli və tullantı su sistemlərinin yaradılması layihəsinin icrası intensiv qaydada davam etdirilir. Böyük Qayıdış Proqramından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Xocalının su təchizatının yaxşılaşdırılması üçün yeni su mənbəyi yaradılır. Proqramın icrası nəticəsində şəhərdə məskunlaşmanın və içməli suya tələbatın artacağı nəzərə alınaraq 2 yeni subartezian quyusunun qazılmasına qərar verilib. Artıq quyulardan biri istismara hazır vəziyyətə gətirilib, digər quyunun qazıntısı işləri davam etdirilir. Yeni subartezian quyuları gələcəkdə şəhəri 24 saat fasiləsiz içməli su ilə təmin etməyə imkan verəcək. Xocalının içməli su təchizatı məqsədilə mənbədən götürülən su həcmi 500 kubmetr olan anbara ötürüləcək və buradan şəhərə paylanacaq.

Xocalıda mövcud içməli və tullantı su şəbəkələrinin genişləndirilməsi işləri də həyata keçirilir. Yeni inşa edilən fərdi yaşayış evlərinin şəbəkələrə qoşulmasını təmin etmək məqsədilə içməli və tullantı su xətləri çəkilir.

Xocalının bir hissəsində mərkəzləşdirilmiş paylayıcı su şəbəkəsi mövcuddur. Kanalizasiya şəbəkəsi isə şəhərin kiçik bir hissəsini əhatə etməklə istismara yararsız vəziyyətdədir. Hazırda şəhərə, eləcə də rayonun bir neçə kənd və qəsəbəsinə Xocalı Sukanal İdarəsi xidmət göstərir.

Həftənin ən çox oxunanları

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub
DAVAMIN OXU davamın oxu

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq
DAVAMIN OXU davamın oxu

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu