Operativ Məlumat Mərkəzi

Xankəndidə yaşayış mənzilindən narkotik aşkarlanıb

1 dəq
Paylaş:
Xankəndidə yaşayış mənzilindən narkotik aşkarlanıb
Xankəndi şəhərində yaşayış mənzillərinin birindən 3 kiloqramdan artıq marixuana aşkarlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər...

Xankəndi şəhərində yaşayış mənzillərinin birindən 3 kiloqramdan artıq marixuana aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmçinin polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 11-də şəhərdən 1 avtomat silahı, 1 tüfəng, 4 alışdırıcı, 16 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər