Xankəndi məhkəməsi bu şəxsi cəzalandırdı

Xankəndi məhkəməsi bu şəxsi cəzalandırdı
27.08.2024 12:07
Aa
dəq

Bu ilin 11 may tarixində Xankəndi şəhərində tapdığı soyuq silahı gizlədərək aparmaq istəyən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Xocalı rayonu Malıbəyli kəndində qapı-pəncərə sexində çalışan 1981-ci il təvəllüdlü H.N-ə Cinayət Məcəlləsinin 228.4-cü (Qanunsuz silah əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə hökm oxunub.

Xankəndi Şəhər Məhkəməsində keçirilən prosesdə H.N bildirib ki, silah hesab edilən “Kalaşnikov” avtomatının süngü-bıçağını Malıbəylidən Xankəndiyə bazarlıq etməyə gedərkən təsadüfən tapıb. Polis əməkdaşları şəhərin girişindəki postda avtomobilləri yoxlayarkən ön oturacağın altında gizlədilmiş əşyanı tapıblar və faktla bağlı cinayət işi açılıb.

Xankəndi Şəhər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə ona qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzası verilib.

Həftənin ən çox oxunanları

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
DAVAMIN OXU davamın oxu

Bu il dəyəri 120 milyon manatdan çox olan narkotik vasitə dövriyyədən çıxarılıb

Bu il dəyəri 120 milyon manatdan çox olan narkotik vasitə dövriyyədən çıxarılıb
DAVAMIN OXU davamın oxu

Bakıda 22 min dollarlıq dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda 22 min dollarlıq dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Şuşada ətrafı zibilləyən 64 nəfər cərimələnib

Şuşada ətrafı zibilləyən 64 nəfər cərimələnib
DAVAMIN OXU davamın oxu