Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTOLAR - YENİLƏNİB

2 dəq
Paylaş:
Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTOLAR - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, aprelin 25-də Qəbələdə Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə və geniş tərkibdə görüşü olub.

Söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlanıb, Ukrayna Prezidentinin Azərbaycana bu səfərinin ikitərəfli məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirilib. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı ilə bağlı məsələləri müzakirə olunub, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunulub.

Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən qonaq bütün bunlara görə İlham Əliyevə minnətdarlığını bildirib.

Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulanıb.

***

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü olub.

***

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü keçirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax