Operativ Məlumat Mərkəzi

Almaniya parlamentinin vitse-prezidenti İrana qarşı sərt addımlar atmağa çağırdı

1 dəq
Paylaş:
Almaniya parlamentinin vitse-prezidenti İrana qarşı sərt addımlar atmağa çağırdı
Nuripur etirazların qəddarcasına yatırılmasını əsas gətirərək bu çağırışı edib.O, X sosial şəbəkəsində yazıb: “Almaniya hərəkətə keçməlidir. Molla...

Almaniya parlamentinin vitse-prezidenti Omid Nuripur Berlini İran rəhbərliyinə qarşı təcili və real tədbirlər görməyə çağırıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Nuripur etirazların qəddarcasına yatırılmasını əsas gətirərək bu çağırışı edib.

O, X sosial şəbəkəsində yazıb: “Almaniya hərəkətə keçməlidir. Molla rejiminin qəddar hərəkətləri dərhal, nəzərə çarpan cavab tələb edir və cəzasız qalmamalıdır.”

Nuripur İran İnqilab Keşikçilərini rejimin əsas repressiya aləti kimi xarakterizə edərək, Almaniya hökumətini bu qurumu terror təşkilatı kimi tanımağa və qadağan etməyə çağırıb.

O, eyni zamanda İnqilab Keşikçilərinin Almaniyadakı fəaliyyətinin dayandırılmasını, İran rəsmiləri və Keşikçilər Korpusu ilə əlaqəli şəxslərin şəxsi aktivlərinin dondurulmasını, onlara səyahət qadağalarının tətbiq olunmasını və Tehranla diplomatik münasibətlərin kəsilməsini tələb edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər