Operativ Məlumat Mərkəzi

“Vətəndaşlar qanunsuz saxlanılan xeyli sayda silahı təhvil verib”

1 dəq
Paylaş:
“Vətəndaşlar qanunsuz saxlanılan xeyli sayda silahı təhvil verib”
bu barədə nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib. O qeyd edib ki, artıq bir neçə...

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların xeyli sayda qanunsuz saxlanılan odlu silahları təhvil verdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, artıq bir neçə gündür vətəndaşlar gizlədilən döyüş silahlarını, partlayıcıları və sursatları könüllü polisə təhvil verir, yaxud ünvanları göstərirlər.

"Proses dünən də davam edib, xeyli silah-sursat təhvil verilib. Təqdirəlayiq haldır. Çağırışımıza ehtiramla yanaşan vətəndaşlara təşəkkür edirik", - E.Hacıyev vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər