Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bəzi rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

2 dəq
Paylaş:
Bəzi rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı davam edir, leysan xarakterli yağır, şimşək çaxır.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Astarada 24, Daşkəsən, Gədəbəy, Qusarda 15, Qubada 13, Oğuzda 12, Şahdağda 8, Şəkidə 6, Lənkəranda 5, Naftalanda 4, Mingəçevir, Gəncədə 3, Sarıbaş (Qax), Balakən, Şabran, Goranboyda 2, Naxçıvan, Şahbuz, Tovuz, Şəmkir, Göygöl, Zaqatala, Xaçmaz, Şamaxı, Qobustan, Altıağac, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Lerik, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, eyni zamanda Bakıda və yarımadasında 1 mm-dək qeydə alınıb.

Bakıda və Abşeron yarımadasında -qərb küləyi əsir, küləyin sürəti 19, Culfada isə şərq küləyinin maksimal sürəti 21 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Aran rayonları və Naxçıvan MR-da 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti müşahidə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax