Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Peruda güclü zəlzələ: Ölənlər və yaralananlar var

2 dəq
Paylaş:
Peruda güclü zəlzələ: Ölənlər və yaralananlar var

Perunun mərkəzində baş verən iki ardıcıl nəticəsində insan tələfatı və ciddi dağıntılar qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ölkənin Milli Seysmoloji Mərkəzinin məlumatına əsasən, bölgəsinin Çupaka əyalətində qeydə alınan zəlzələlərin maqnitudası 5,1 və 3,7 olub. paytaxt Limadan təxminən 300 kilometr şərqdə baş verib.

Məlumata görə, nəticəsində azı 6 nəfər həyatını itirib, 21 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Mülki müdafiə rəhbəri Luis Vaskes bildirib ki, ilkin qiymətləndirmələrə əsasən, 48 ev tamamilə dağılıb, daha 18 yaşayış evinə ciddi ziyan dəyib. Nəticədə təxminən 300 nəfər evsiz qalıb və onlar müvəqqəti sığınacaqlara yerləşdiriliblər.

Hadisə yerinə cəlb olunan xilasedicilər və yanğınsöndürənlər dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirirlər.

Qeyd edək ki, mütəxəssislərin sözlərinə görə, zərər çəkmiş ərazidəki yaşayış evlərinin böyük hissəsi kərpic və gil materiallardan tikildiyi üçün seysmik təkanlara qarşı daha həssasdır. Peru dünyada ən aktiv seysmik zonalardan biri hesab olunan Sakit Okean Odlu Qövsü üzərində yerləşir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax