Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kəlbəcərə dolu düşüb

1 dəq
Paylaş:
Kəlbəcərə dolu düşüb

Avqustun 20-si günün ikinci yarısından bəzi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Düşən yağıntının miqdarı Şahdağda 18, Gədəbəydə 17, Daşkəsəndə 15, Qusarda 10, İsmayıllıda 6, Göygöldə 5, Xınalıqda (Quba) 4, Ağdam, Qəbələdə 3, Qaxda 2, Goranboy, Gəncə, Naftalan, Xaltan, Tovuz, Zaqatala, Tərtər, Bərdə, Yevlax, , Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək alınıb.

Avqustun 20-si saat 20:25-20:33 radələrində Kəlbəcər rayonu İstisu qəsəbəsinin Alagöllər ərazisinə diametri 8-10 mm olan dolu düşüb.

-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və yarımadasında 21, Culfada 19, Gəncədə 18, Şəmkir, Şabran, Naftalanda 16 m/s-yə çatır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə