Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda VII Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

2 dəq
Paylaş:
Bakıda VII Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 27-29-da baş tutacaq tədbir Mədəniyyət Nazirliyi, Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Touirsm) birgə tərəfdaşlığı ilə gerçəkləşəcək.

Qeyd edək ki, İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsi olan forumun əsası 2011-ci ildə qoyulub və bu il tədbirin 15 illiyi qeyd olunur.

Bakı Prosesi və onun çərçivəsində keçirilən forum Birləşmiş Millətlər Təşkilatı tərəfindən mədəniyyətlərarası dialoqun və əməkdaşlığın təşviqi sahəsində aparıcı qlobal platforma kimi tanınır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax