Azərbaycan xalqı bəşəriyyətə qarşı törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, fevralın 26-da səhər saatlarından etibarən "Ana harayı" abidəsini ziyarət edən vətəndaşlar abidə önünə tər qərənfillər düzərək faciə qurbanlarına ehtiramlarını bildirirlər.
Ziyarət axınında dövlət və hökumət nümayəndələri, eləcə də tanınmış ictimai-siyasi xadimlər də iştirak edirlər.