Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qeyd olunub ki, məhdudiyyət faciə qurbanlarının xatirəsini yad edənlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi daşıyır.
Fevralın 26-da səhər saat 08:00-dan mərasim başa çatanadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan aşağıdakı ərazilərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək:
Məhdudiyyət Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrini əhatə edəcək.
Sürücülərə bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri və ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur.