Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda bəzi marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib

2 dəq
Paylaş:
Bakıda bəzi marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib

M1, M2 və M3 nömrəli ekspres marşrutların “28 May” Mübadilə Mərkəzində təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə mərkəzə daxil olan 2, 10, 20 və 88A nömrəli marşrutların dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-Ə AYNA-dan məlumat verilib.

Məlumata görə,

Dəyişikliklər belədir:

2 nömrəli :

“Dərnəgül” m/st istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı;

Avtovağzal Kompleksi istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.

10 nömrəli marşrut:

Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.

20 nömrəli marşrut:

Qaraçuxur qəsəbəsi istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.

88A nömrəli marşrut:

Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi Muğan bağının qarşısı;

“Azadlıq prospekti” m/st istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda