Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dövlət vəsaitləri üzrə cəzalar dəyişdi

3 dəq
Paylaş:
Dövlət vəsaitləri üzrə cəzalar dəyişdi

Büdcə Vəsaitlərinin Xərclənməsində Nələr Dəyişir?

Dövlət büdcəsinə aid vəsaitlərin təyinatından kənar istifadəsinə görə cərimələrin tutulması qaydası dəyişdirilir. bununla bağlı yeni qanun layihəsini ilk oxunuşda qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayətinin predmeti olan vəsaitin əhatə dairəsi genişləndirilərək dövlətə olan şəxslərin vəsaiti də maddənin təsir dairəsinə salınır.

Cərimələr Necə Hesablanacaq: Yeni Qaydalar

Maddənin hazırda qüvvədə olan sanksiyasında cərimənin məbləği konkret aralıqda - 9 min manatdan 13 min manatadək nəzərdə tutulduğu halda, təklifə görə "cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz miqdarında" müəyyən edilir. Bu dəyişikliklə cərimənin miqdarı birbaşa vurulan zərərlə əlaqələndirilir.

Eyni zamanda, külli miqdarda törədilən əməllərə görə alternativ cəza növü kimi 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası da əlavə edilir.

Sənədə görə, müvafiq əməlləri ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq.

"Dövlətə Məxsus Hüquqi Şəxslər" Kimlərdir?

Xatırladaq ki, "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.

Habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər də bu kateqoriyaya daxildir.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Aidə Qurbanlı

Jurnalist

Müasir media mühitində fəaliyyət göstərən jurnalistdir. O, əsasən aktual xəbərlər, ictimai-siyasi proseslər, texnologiya, rəqəmsal media və analitik məqalələr ü...

Bütün yazılar

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax