İrandan Azərbaycana 21 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 21 kiloqram 300 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.