Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

43 bələdiyyə sədri cəzalandırıldı

2 dəq
Paylaş:
43 bələdiyyə sədri cəzalandırıldı

bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın — Ədliyyə Nazirliyinin illik məruzəsini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənəd parlamentin yaz sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Məruzəni təqdim edən ədliyyə nazirinin müavini bildirib ki, keçən il Azərbaycanda bələdiyyələrlə bağlı cinayət əlamətləri aşkarlanıb. Toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.

Nazir müavini qeyd edib ki, həmin materiallardan 14-ü üzrə başlanılıb, 17-i üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşmayıb.

Məruzədə vurğulanıb ki, Ədliyyə Nazirliyi ötən il 3 142 ha sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğvi üçün bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verib.

Nəticədə 3 121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

İl ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsi (nəzarət orqanının fəaliyyətinə mane olma) ilə vəzifəli şəxslər barəsində protokollar tərtib edilərək məhkəmələrə göndərilib. Bu protokollar əsasında 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 3 protokol isə hazırda məhkəmələrin icraatındadır.

Sonda illik məruzə səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax