Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Azərbaycan və Ermənistan arasında sülh prosesi Trampın komandası ilə başladı"

2 dəq
Paylaş:
"Azərbaycan və Ermənistan arasında sülh prosesi Trampın komandası ilə başladı"

ABŞ Prezidenti Donald Tramp arasında sülh bəyannaməsinin imzalanmasının bir illiyi ilə bağlı xüsusi elçisi Stiv Vitkofun məqaləsini paylaşıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Vitkofun sözlərinə görə, Vaşinqtonun rəhbərlik etdiyi sülh prosesi 2025-ci ilin martında Tramp administrasiyasının Bakıya səfəri ilə başlayıb.

Məlumata görə, ABŞ İlham Əliyevin liderliyindən xüsusi təsirlənib. Vitkoff dövlət başçısını “güclü və qətiyyətli lider” kimi xarakterizə edərək, onun sülh naminə çətin qərarlar qəbul etməyə hazır olduğunu bildirib.

Məqalədə qeyd olunur ki, üç onillikdən artıq davam edən münaqişədən sonra Azərbaycan və arasında daimi sülhə, iqtisadi əməkdaşlığa və münasibətlərin normallaşmasına yönələn mühüm sənədlər imzalanıb.

ABŞ tərəfi iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə “Trump Route for International Peace and Prosperity” (TRIPP) tranzit təşəbbüsünü irəli sürüb.

Vitkoff bildirib ki, Vaşinqton razılaşmaların praktiki şəkildə həyata keçirilməsi üçün dəmir yolu mühəndisliyi üzrə araşdırmalar və investisiya mexanizmləri üzərində işləyir.

Bundan əlavə, TRIPP konsepsiyasının gələcəkdə Xəzər dənizi boyunca genişləndirilməsi və Yaxın Şərqdə tətbiq imkanlarının nəzərdən keçirildiyi bildirilib.

Vitkoff həmçinin Donald Trampın Nobel Sülh Mükafatına birgə namizədliyinin irəli sürülməsi ilə bağlı sənədin də imzalandığını qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə