Əsas məzmuna keç

Türkiyə Qran Prisi 2027-ci ildən Formula 1 təqviminə qayıdır

Türkiyə Qran Prisi 2027-ci ildən Formula 1 təqviminə qayıdır

İstanbul Park trası yenidən sürətli pilotları qəbul edəcək. Formula 1 Dünya Çempionatına qayıdışla bağlı rəsmi qərar verildi. Möhtəşəm yarışın maraqlı detalları...

ru en

Qran Prisi Formula 1 təqviminə qayıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə məlumat yayıb.

Bildirilib ki, Türkiyə Qran Prisi 2027-ci ildən etibarən Formula 1 təqviminə yenidən daxil ediləcək və ən azı beş il müddətində yarışlara ev sahibliyi edəcək.

Qeyd olunub ki, Kommunikasiya İdarəsinin açıqlamasında bu qərarın Türkiyənin avtoidman tarixində mühüm bir dönüş olduğu vurğulanıb.

Məlumata görə, İstanbul Park trası yenidən dünyanın ən sürətli pilotlarını qəbul edəcək və şəhər səviyyəli yarış mərkəzi kimi ön plana çıxacaq.

Açıqlamada qeyd edilib ki, bu addım İstanbulun həm idman, həm də mədəniyyət baxımından qlobal miqyasda daha da tanınmasına töhfə verəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…