ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir bildirib ki, ABŞ Prezidenti Donald Trumpın Çinə dövlət səfərinin ən mühüm nəticələrindən biri iki ölkə arasında səmimi dialoq üçün yeni kanalların yaradılması olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Qrir ABC telekanalına müsahibəsində danışıb.
O qeyd edib ki, Co Bayden administrasiyası dövründə Vaşinqton və Pekin arasında effektiv ünsiyyət mexanizmləri mövcud olmayıb.
“Prezident Trampın dövründə ABŞ Çinlə münasibətlərdə strateji sabitliyə nail ola bildi və dövlət səfəri dövrümüzün ən vacib məsələləri üzrə daha səmimi dialoqa və real irəliləyişlərə qapı açdı”, - deyə Qrir vurğulayıb.
O əlavə edib ki, ABŞ Maliyyə Naziri Skot Bessent tərəfindən daha əvvəl elan olunan birgə ticarət şurasının yaradılması vasitəsilə mürəkkəb ikitərəfli iqtisadi məsələlərin həlli planlaşdırılır.