Prezident Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda görüşərək ABŞ–Azərbaycan münasibətləri və regional sülh məsələləri ətrafında müzakirələr aparıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, tərəflər avqustun 8-də keçirilmiş sammitdə əldə olunan razılaşmalara sadiqliklərini bir daha təsdiqləyib, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Məlumatda həmçinin qeyd edilib ki, liderlər Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində əldə edilən irəliləyişləri müsbət qiymətləndiriblər. Bununla yanaşı, TRIPP təşəbbüsü çərçivəsində regional əlaqəliliyin, əməkdaşlığın və ticarətin inkişafının əhəmiyyəti xüsusi olaraq diqqətə çatdırılıb.