ABŞ Prezidenti Donald Tramp yaxın işçi qrupunda yer alan Natalie Harp, Margo Martin və Chamberlain Harrisə hərəsinə 45 min dollar olmaqla nağd pul verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, beləliklə, üç müşavirə təqdim olunan ümumi məbləğ 135 min dollara çatıb.
İllik 150 min dollar qazanan müşavirlərin aldığı birdəfəlik hədiyyə onların illik maaşının təxminən 30 faizinə bərabərdir.
Trampın əməkdaşlarından Walt Nauta da prezidentdən 20 min dollar alıb.
Beləliklə, Trampın əməkdaşlarına verdiyi nağd ödənişlərin ümumi məbləği 155 min dollara çatıb.