Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, hazırda Bakı şəhərinin bəzi yollarında nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Yollardakı cari vəziyyət aşağıdakı kimidir:
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
- Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
- 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
- Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
- Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində.