Bakı şəhərinin müxtəlif istiqamətlərində avtomobillərin hərəkətində çətinliklər qeydə alınıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, hazırda paytaxtın aşağıdakı əsas yol və küçələrində nəqliyyat sıxlığı müşahidə olunur:
- Ziya Bünyadov prospekti: Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində və Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
- Tbilisi prospekti: İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində və "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
- Bakı-Sumqayıt şosesi: "Xırdalan" dairəsi istiqamətində;
- Binəqədi şosesi: "Azadlıq prospekti" metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
- Heydər Əliyev prospekti (köməkçi yol): mərkəz istiqamətində;
- Xətai prospekti: Heydər Əliyev prospekti istiqamətində;
- Dənizkənarı küçəsi: Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
- Yusif Səfərov küçəsi: həm mərkəz, həm də Heydər Əliyev prospekti istiqamətində;
- 28 May və Dilarə Əliyeva küçələri: Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Rəşid Behbudov küçəsi: Mərkəzi Bank istiqamətində;
- Azadlıq prospekti: Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
- Səməd Vurğun küçəsi: Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;
- Bakıxanov küçəsi: İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
- Bülbül prospekti: "Sahil" metrostansiyasının qarşısında;
- Koroğlu Rəhimov küçəsi: ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi: Azadlıq prospekti ilə kəsişməyə qədər.