Bakının əsas yollarında və prospektlərində hazırda ciddi tıxac və sıxlıq yaranıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtdakı ən son nəqliyyat vəziyyəti ilə bağlı məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət aşağıdakı kimidir:
- Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
- Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.