Operativ Məlumat Mərkəzi

Bakıda bir neçə əsas magistralda nəqliyyat sıxlığı müşahidə olunur

2 dəq
Paylaş:
Bakıda bir neçə əsas magistralda nəqliyyat sıxlığı müşahidə olunur

Paytaxt Bakının bir sıra əsas yollarında hazırda tıxac yaranıb. Sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) şəhər yollarındakı mövcud vəziyyətlə bağlı operativ məlumat yayıb.

Mərkəzin açıqlamasına əsasən, hazırda sıxlığı aşağıdakı istiqamətlərdə qeydə alınıb:

Bakı–Sumqayıt şosesi – “20 Yanvar” istiqamətində

Alı Mustafayev küçəsi – Ziya prospekti yönündə

Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində

Binəqədi şosesi – “ prospekti” metro stansiyası istiqamətində

1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində

Aeroport şosesi – “Koroğlu” metro stansiyası yönündə

Yusif Səfərov küçəsi – şəhər mərkəzi istiqamətində

Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər

Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından istiqamətində

Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində

8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində

Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində

NİİM sürücülərə yol şəraitini əvvəlcədən nəzərə almağı, ictimai nəqliyyata üstünlük verməyi və tıxac olan ərazilərdən mümkün qədər yan keçməyi tövsiyə edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax