Operativ Məlumat Mərkəzi

Tovuzda mal-qara oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Tovuzda mal-qara oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Tovuz Rayon Polis Şöbəsinə rayonun Azaflı kənd sakininə məxsus tövlədən ümumi dəyəri 7628 manat olan 31 baş xırda buynuzlu heyvanın oğurlanması barədə...

Tovuz Rayon Polis Şöbəsinə rayonun Azaflı kənd sakininə məxsus tövlədən ümumi dəyəri 7628 manat olan 31 baş xırda buynuzlu heyvanın oğurlanması barədə məlumat daxil olub.

DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Tağıyev maddi sübutlarla birlikdə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər