Suriyada təlim keçmiş, ölkə vətəndaşlığından çıxarılan şəxsin cinayət işi məhkəməyə göndərilib

Suriyada təlim keçmiş, ölkə vətəndaşlığından çıxarılan şəxsin cinayət işi məhkəməyə göndərilib
30.12.2023 15:07
Aa
dəq

Suriyada İŞİD-in düşərgəsində təlimlər keçmiş, Azərbaycan vətəndaşlığından məhrum edilən və terrorçuluqda ittiham olunan Kamran Azər oğlu Zülfüqarovun cinayət işi məhkəməyə göndərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseyinlinin sədrlik etdiyi məhkəmə iclasında baxılacaq.

Aparılan istintaq zamanı Azərbaycan vətəndaşlığından məhrum edilən K.Zülfüqarovun qeyri-leqal yolla ölkə ərazisinə keçdiyi məlum olub.

Qeyd edək ki, onun Azərbaycanda olması barədə məlumatlar Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) apardığı araşdırmalarla yoxlanılaraq öz təsdiqini tapıb və gizləndiyi yer müəyyən edildikdən sonra saxlanılıb.

K.Zülfüqarov barəsində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə) və digər maddələri ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarı ilə həbs edilib.

Həmçinin onun Suriya ərazisində İŞİD-in xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsədiyi məlum olub.

K.Züflüqarov dini radikalizm və dini düşmənçilik zəminində Suriyanın Haritan şəhərində “Xalid dayı” dini ləqəbli Bədəlov Rövşən Kitab oğlunun rəhbərlik etdiyi, bilavasitə kəşfiyyat aparan və terror hücumları törədən qanunsuz silahlı qruplaşmanın tərkibində döyüşlərdə və silahlı münaqişələrdə iştirakına dair dəlillər əldə edilib.

O, 2013-cü ildə ölkə ərazisini tərk edərək Suriyada aparılan silahlı münaqişələrdə və terror əməllərinin törədilməsində iştirak edib. DTX tərəfindən toplanılmış materiallar əsasında və müvafiq qanunvericiliyə uyğun qaydada təhlükəli terrorçu kimi 2018-ci ildə məhkəmə qərarı ilə Azərbaycan vətəndaşlığından məhrum edilib, ölkəyə girişi qadağan olunmaqla Azərbaycana qayıtmaq hüququnu itirib.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu