ABŞ və İsrail Tehrana yeni zərbələr endirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Iranian Students News Agency” məlumat yayıb.
Jurnalistlərin bildirdiyinə görə, hücumlar martın 2-si səhər tezdən, “səhər azanı ilə eyni vaxtda” baş verib. Partlayışların şəhərin şərq, qərb və cənub rayonlarında eşidildiyi qeyd olunur.
Eyni zamanda, martın 2-si səhər saatlarında “Al Hadath” telekanalı da İranın mərkəzi hissəsində bir sıra güclü partlayışlar barədə məlumat yayıb.
Məlumata görə, əsas zərbələr İsfahan, Yəzd şəhərlərinə, eləcə də Tehrana dəyib. Qeyd olunur ki, İsfahan İranın müdafiəsi üçün vacib obyekt və sənaye müəssisələrinə ev sahibliyi edir. Yəzd isə ölkənin əsas tarixi və sənaye mərkəzlərindən biri hesab olunur və potensial strateji aktivlərin yerləşdiyi şəhərlər sırasındadır.