Operativ Məlumat Mərkəzi

Şirvanda məişət tullantıları poliqonundan avtomat tapılıb

1 dəq
Paylaş:
Şirvanda məişət tullantıları poliqonundan avtomat tapılıb
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində məişət tullantılarının atıldığı ərazidən 1 ədəd avtomat, 1 ədəd daraq və 17 ədəd patron...

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində məişət tullantılarının atıldığı ərazidən 1 ədəd avtomat, 1 ədəd daraq və 17 ədəd patron aşkarlayaraq götürüb.


Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.


Bildirilib ki, bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 6 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.


Faktlarla bağlı araşdırmalar aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər