Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Şimali Koreya yeni raket və elektromaqnit silahını sınaqdan keçirdi

1 dəq
Paylaş:
Şimali Koreya yeni raket və elektromaqnit silahını sınaqdan keçirdi

Bu həftə raket döyüş başlığı və silah sistemi də daxil olmaqla bir sıra əhəmiyyətli silah sınaqları keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Koreya Mərkəzi Xəbər Agentliyi" məlumat yayıb.

Açıqlamada bildirilir: "KXDR Milli Müdafiə Akademiyası və Raket Texnologiyaları Baş İdarəsi 6, 7 və 8 aprel tarixlərində elektromaqnit silah sisteminin sınaqlarını keçirərək taktiki ballistik raket döyüş başlığının döyüş şəraitində istifadəyə yararlılığını və gücünü yoxlayıb".

Aprelin 8-də ordusunun Şimali Koreya ərazisindən Yapon dənizinə bir neçə qısa mənzilli ballistik raketin atıldığını aşkar etdiyi bildirilib. Cənubi Koreya ordusunun məlumatına görə, raketlər təxminən 240 km uçub. Bu, Şimali Koreyanın bu il ərzində dördüncü ballistik raket sınağıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax