Ermənistanın üçüncü prezidenti və Ermənistan Respublika Partiyasının sədri Serj Sarqsyan qarşıdan gələn seçkilərdə iştirak etməyəcəyini təsdiqləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir ki, o, bu barədə Ermənistan Respublika Partiyasının 18-ci qurultayı öncəsi bildirib.
Müxalifət qüvvələrindən hansını — Samvel Karapetyanı, yoxsa Arman Tatoyanı dəstəkləyə biləcəyi ilə bağlı sualı cavablandıran Serj Sarqsyan bildirib ki, bu barədə bu gün seçkilər ərəfəsində keçirilən Ermənistan Respublika Partiyasının növbəti qurultayında elan ediləcək.
O, həmçinin qeyd edib ki, Ermənistan Respublika Partiyası bütün müxalifət qüvvələrini dəstəkləyir.