Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bu gün bəzi ərazilərdə işıq olmayacaq

3 dəq
Paylaş:
Bu gün bəzi ərazilərdə işıq olmayacaq

Bu gün Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunun bir sıra ərazilərinə enerjisinin verilişində yaranacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bir sıra rayonlarda və paytaxtda elektrik şəbəkələrində aparılacaq.

Tərtər Elektrik Şəbəkəsinin (EŞ) ərazisində saat 10:00-dan 14:00-dək 10 kV- elektrik xəttinə toxunan ağacların budanması işləri ilə əlaqədar İrəvanlı və Bayandur kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Ağdaş EŞ-yə daxil olan 35 kV-luq "Pirəzə" və 10 kV-luq "Kükəl" hava xətlərində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 17:00-dək Abad, Ağzıbir, Ağcaqovaq, Eymur, Ərəbşəki, Hüşün, Xınaxlı, Kotavan, Kükəl, Qaradeyin, Qaraoğlan, Pirəzə kəndlərinin bəzi ərazilərində enerjinin verilişində fasilə yaranacaq.

Bərdə EŞ ərazisində yerləşən 35/10 kV-luq "Şirvanlı" yarımstansiyasında 16 mVA gücündə yeni transformatorun quraşdırılması ilə əlaqədar planlı fasilə saat 10:00-dan 19:00-dək Böyük Qacar, Dəymədağıldı, Hüseynbəyli, Xanxanımlı, Kətəlparaq, Qullar, Qurdlar, Piyadalar, Soğanverdilər, Şahvəlilər, Şirvanlı, Uğurbəyli kəndlərini əhatə edəcək.

Goranboyda bir sıra 10 kV-luq hava xətləri boyunca həyata keçirilən ağac budanması işləri ilə əlaqədar saat 09:45-dən 14:45-dək Bəşirli, Göynüyən və Hazırəhmədli, saat 10:00-dan 15:00-dək Xınalı, Qaramusalı kəndlərinin bir hissəsində enerjinin verilişi məhdudlaşdırılacaq.

Regionlarla yanaşı, paytaxtda Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək Ələsgər Ələkbərov, Hüseyn Cavid, Eldar Ağayev, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov, Nazim Hikmət küçələrinin bir hissəsində enerjinin verilişində məhdudiyyət yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə