Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hesablama Palatasına yeni səlahiyyətlər verilib – Rəsmi qərar

2 dəq
Paylaş:
Hesablama Palatasına yeni səlahiyyətlər verilib – Rəsmi qərar

İlham Əliyev Milli Məclisin iyulun 10-da qəbul etdiyi "Büdcə sistemi haqqında", "Hesablama Palatası haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sənəd Hesablama Palatasına Naxçıvan Respublikası və sığorta ilə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulur.

Dəyişikliklə, Hesablama Palatası Naxçıvanın büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara rəy verə biləcək.

Bundan başqa, qurum muxtar respublikadakı büdcədən-kənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitləri, dövlət zəmanəti ilə alınan kreditlər, dövlət qrantları və texniki yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitləri ilə bağlı səlahiyyətlərə malik olacaq.

Palata həmçinin sığorta bazarının peşəkar iştirakçılarının əldə etdikləri sığorta sirri hesab edilən məlumatlara çıxış əldə edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax