İspaniya dünya çempionatları tarixində ardıcıl 6 matçda qapısını toxunulmaz saxlayan ilk komanda olub.
“Operativ Məlumat Mərkəzi-OMM” FIFA-ya istinadən xəbər verir ki, komanda bunu DÇ-2026-nın 1/8 finalında Portuqaliya ilə matçda reallaşdırıb.
Luis de la Fuentenin baş məşqçi olduğu kollektiv rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, İspaniya yığması 1/4 finalda Belçika ilə qarşılaşacaq.