Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, C qrupunun matçında Braziliya və Mərakeş komandaları üz-üzə gəlib. Nyu Cersi ştatının İst Raterford şəhərindəki "Metlayf" stadionunda baş tutan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İsmael Saibari 21-ci dəqiqədə Mərakeşi hesabda önə çıxarıb. Vinisius Junior 32-ci dəqidə bərabərlik qoluna imza atıb.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi mundiala iyulun 19-da yekun vurulacaq.