Operativ Məlumat Mərkəzi

Samuxda istixanada nöqsanlar aşkar olunub

1 dəq
Paylaş:
Samuxda istixanada nöqsanlar aşkar olunub
Samuxda fəaliyyət göstərən istixanada bir sıra nöqsanlar aşkar edilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Respublikasının Qida...

Samuxda fəaliyyət göstərən istixanada bir sıra nöqsanlar aşkar edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Samux rayonu, Əhmədbəyli kəndində yerləşən Mirzəyev Səyavuş Suliddin oğluna məxsus istixanada aparılmış planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, həmçinin saxlanma anbarında istifadə müddəti bitmiş 3 adda pestisid və aqrokimyəvi maddə müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər