Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Klub xərclərinin 60%-i maaşlara gedir

2 dəq
Paylaş:
Klub xərclərinin 60%-i maaşlara gedir

AFFA-nın 2025-ci il üçün açıqladığı hesabatına əsasən, Premyer Liqasında çıxış edən klubların xərclərinin ən böyük hissəsini — 60,33 faizini əməkhaqqılar təşkil edir.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, xərcləri isə ümumi büdcənin 3,99 faizini əhatə edir.

Klubların digər əsas xərc istiqamətləri strukturlaşdırılmış şəkildə aşağıdakı kimidir:

  • Sair xərclər: 7,88
  • Gənclər sektoru: 4,97 faiz
  • Təlim-məşq və ezamiyyət: 4,65 faiz
  • İcarə (stadion, ofis və idman qurğuları): 2,98 faiz
  • Qeyri-maddi aktivlərin amortizasiyası: 2,65 faiz
  • Oyunların keçirilməsi: 2,16 faiz
  • Təmir-tikinti: 1,91 faiz
  • İdman formaları: 1,53 faiz
  • Reklam və marketinq: 1,23 faiz
  • Tibb xərcləri: 1,10 faiz

Bundan əlavə, büdcədə 1 faizdən az paya malik olan xərclərə əsas vəsaitlərin amortizasiyası (0,93 faiz), (0,82 faiz), üzvlük haqqı və cərimələr (AFFA, PFL - 0,8 faiz) daxildir. Siyahıda həmçinin təsərrüfat və kommunal (0,54 faiz), audit, maliyyə və konsaltinq (0,48 faiz), maliyyə xərcləri (0,42 faiz), vergi (0,25 faiz), qadın futbolu (0,19 faiz), mal-material (0,1 faiz), rabitə (0,07 faiz)sığorta (0,05 faiz) xərcləri də yer alıb.

Qeyd edək ki, bu rəsmi statistika bu gün keçirilən AFFA-nın Hesabat Konfransında ictimaiyyətə təqdim edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax