Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sahil Babayev: 2029-cu ildə qeyri-neft gəlirləri 70% olacaq

2 dəq
Paylaş:
Sahil Babayev: 2029-cu ildə qeyri-neft gəlirləri 70% olacaq

2029-cu ildə dövlət büdcəsində qeyri-- gəlirlərinin payının 70 %-ə çatdırılması planlaşdırılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu maliyyə naziri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ötən il büdcədə qeyri-neft-qaz gəlirlərinin payı 55,2 %-ə çatıb: "Bu, 2024-cü illə müqayisədə 2,8 % bəndi çoxdur və 2029-cu ilə bizim hədəfimiz 69-70 %-ə çatmaqdır. İcmal büdcənin qeyri-neft-qaz gəlirlərinin qeyri-neft-qaz ÜDM-nə nisbəti 28,7 %-ə çatıb və icmal büdcənin qeyri-neft-qaz baza kəsiri qeyri-neft-qaz ÜDM-in cəmi 18,6 %-nə bərabər olub. Bu da çox önəmli bir göstəricidir. Bizim büdcəmiz bütün ölkələrdə olduğu kimi, kəsirlə proqnozlaşdırılır və bizim kəsrimiz adətən ümumi büdcə seqmentində proqnoz olaraq 2,2-2,5 % ətrafında olur".

"Dövlət büdcəsi ilə bağlı ikinci göstərici də müəyyən edilib. Bu, qeyri-neft baza kəsiridir, yəni büdcənin qeyri-neft-qaz gəlirlərinin qeyri-neft-qaz xərclərinə nisbətdə göstəricisidir. Qeyri-neft-qaz baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq. Düşünürük ki, bu rəqəmin aşağı düşməsi dövlət büdcəsinin makroiqtisadi, fiskal çərçivələrinin sağlamlaşması üçün daha da sağlam, daha da dayanıqlı olması üçün çox önəmli göstəricidir və keçən ilin icrasında bu göstərici ÜDM-in cəmi 18,6 %-nə bərabər olub. Hədəf göstəricisi 22 % idi. Hədəf göstəricidən 3,5 % bəndi daha aşağı nəticə əldə etmişik. Əlbəttə, növbəti dövrdə bu rəqəmin daha da aşağı salınması planlaşdırılır. Təsdiq olunmuş ortamüddətli xərclər çərçivəsində 2029-cu ilə bu rəqəmin 13 %-ə qədər azaldılmasını planlaşdırırıq",- deyə S.Babayev əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax