Sabirabadda qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sabirabadda qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb
16.05.2023 09:17
Aa
dəq

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, onun idarə etdiyi “VAZ-21011” markalı avtomobilə keçirilən baxış zamanı oradan “AKS-74U” markalı avtomat silah, 2 ədəd patron sandığı və 76 ədəd patron aşkar olunaraq götürülüb.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxsin Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Elan Bayramov olduğu müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Ulacalı kənd sakini Asif Cəfərov saxlanılıb.

Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan istixanadan 59 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu