Operativ Məlumat Mərkəzi

Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmirinə 2,9 milyon manat ayrılıb

1 dəq
Paylaş:
Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmirinə 2,9 milyon manat ayrılıb
bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla Maliyyə Nazirliyinə bu göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 milyon (iki milyon doqquz yüz min) manat ayrılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Maliyyə Nazirliyinə bu göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər