Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir - YENİLƏNİB

2 dəq
Paylaş:
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir - YENİLƏNİB

ərazisindən keçməklə Ermənistana növbəti dəfə taxılı yük qatarı yola salınıb. Bu gün Biləcəri Dəmiryol Stansiyasından hərəkətə başlayan qatar 7 vaqondan ibarətdir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 488 tondur. Daha sonra qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradan isə istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 21 min tondan çox (302 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.

***

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı bu gün Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 488 tondur.

Daha sonra qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax